"Neftçi"də AĞA KİMDİR? - Premyer Liqa klublarının AVTORİTETLƏRİ: ARAŞDIRMA

4 Aprel 2020 16:56 Neftçi 1 330
"Neftçi"də AĞA KİMDİR? - Premyer Liqa klublarının AVTORİTETLƏRİ: ARAŞDIRMA

Qapıçı komandanın yarısı hesab olunursa, kapitan o komandanın «bir nömrə»sidir: danışan dili, döyünən ürəyidir.

O bazubəndi qola taxmaq üçün yalnız yaxşı oyunçu olması kifayət etmir.

Meydandakı kimi, meydandan kənardakı davranışı ilə bunu haqq etməlidir. Yəni ki, fərdi bacarığı, sözünün kəsəri, avtoriteti ilə başqaları tərəfindən qəbul olunmalıdır.

Azərbaycan Premyer Liqasının cari mövsümündə 8 komandanı 23 nəfər kapitan sarğısı ilə meydana çıxarıb. Bu, o deməkdir ki, onların hamısı formasını geyindiyi kollektiv tərəfindən lider olaraq qəbul edilir? Əsla, belə düşünməyin.

Başlayaq «Neftçi»dən. Paytaxt təmsilçisinin əsas kapitanı Emin Mahmudovdur. Onun yoxluğunda isə bu görəvə Səlahət Ağayev üstlənib. Di gəl, heç biri komanda daxilində əsas və ya son söz sahibi deyil.

Emin xasiyyətcə «incə-mincə» və küsəyəndir. Onu heç azarkeşlər də qəbul etmir. Rusiya doğumlu yarımmüdafiəçini artıq 2 ildən artıqdır ki, ağ-qara formanı geyinir, fəqət tərəfdarlarla münasibətləri ənzadəsindən çıxıb.

Nə var ki, tribunadan bir dəfə ünvanına xoşagəlməz ifadə işlədiblər. Bu hadisəni ürəyinə salan Mahmudov özünü təhqir olunmuş kimi hiss edir və «12-ci oyunçu» ilə barışmır.

Düzdür, son vaxtlar ara nisbətən səngiyib, buna rəğmən, orta sahə adamının olanları tezliklə yaddaşından silməsi inandırıcı görünmür.

Bu səbəbdən də barış sürəcinin nəvaxtsa əldə olunması az inandırıcıdır. Komanda yoldaşlarını tribunaya tərəf aparmayan, əksinə, onlara qoşulmaqdan imtina edən kapitandan daha nə gözləyəsən?

Ondan fərqli, Səlahət Ağlayevin ind klub rəhbərliyi ilə problemi mövcuddur. Premyer Liqanın üçüncü dövrəsinin ilk turundan sonra meydan üzü görməyən qapıçı hesabdan sidinməsinin günahını nə özündə, nə də Füzuli Məmmədovda görür.

Ağayev ehtiyata atılmasının səbəbkarı qismində Ceyhun Sultanovu bilir. Halbuki o, idman direktoru ilə əvvəllər çox yaxın dost olub. Axı «Sumqayıt»da bir yerdə çıxış ediblər. Vaxt var idi, Sultanov onsuz dilinə çörək də vurmazdı, bu gün isə bir-birlərini görməyə gözü yoxdur.

Səlahətə təsir edən baş məşqçinin hökmünün olmamasıdır. Odur ki, Füzuli Məmmədovla işi yoxdur. Öz aramızdır, «müqəvva» ilə niyə işi olsun ki…

Burada «qurluşçu rejissor» idman direktorudur, o isə heç də həmişə pərdə arxasında gizlənmir. Bunu başqa futbolçular kimi, Səlahət də yaxşı bilir və görür.

Yaranmış vəziyyət Ağayev «Neftçi»dəki günlərinin ömrünü qısaldır. Doğrudur, qapıçının sözləşməsi gələn ilin yayına qədərdir, sadəcə, vəziyyət dəyişməsə, biz bir neçə ay sonra onu başqa komandanın formasında görəcəyik.

Mahmudov və Ağayevin olduğu düşərgədə sözü Aqil Məmmədov deyir. O, idman direktorunun kollektiv içində «sağ əli»dir. Uzun müddət Ağayevin kölgəsində qalan Aqil artıq qapıdakı mövqeyini də möhkəmlədib. Hamı onunla hesablaşır, çünki dilinə görə dilçəyi var.

Məmmədov özünü davakar kimi tanıtmayıb, lakin sakit biri də deyil. Taxta qapısını döyməsən, dəmir darvazanı daşlamayacaq. Belə birisidir. Gah sərt xarakteri, gah yumşaq davranışıyla seçilir. Əlqərəz, yerinə görə hərəkət edəndir. Aqil üzünü yan tərəfə, futbolçular baş məşqçinin başında turp əkər.

Roberto Bordinin gedişindən sonra həmsoyadının sükan arxasına keçməsində rolu danılmazdır. Füzuli Məmmədov məhz onun sayəsində texniki zonada özünü nisbətən rahat hiss edir. Əmindir ki, hansı oyunçuya nəsə söyləsə, Aqil arxasında dayanacaq.

Əlcəkləri Səlahət Ağayevdən təhvil alan Aqil Məmmədovun «Neftçi» azarkeşi ilə münasibətləri qaydasındadır. Necə deyərlər, o, hər mənada klub rəhbərliinin işinə yarayır. Belə də, elə də. Ona görə də Ceyhun Sultanov «Bakı»dan yaxşı tanıdığı kiperdən ikiəlli yapışıb.

(I YAZI)
SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti