Elçin "Zirə"də 100-ə çatdı

02:50 Zirə 69
Elçin "Zirə"də 100-ə çatdı

Misli Premyer Liqasının 8-ci turu Elçin Əlicanov üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, bu haqda PFL-in saytı məlumat yayıb.

“Zirə”nin müdafiəçisi turnirdə 100-cü oyununu keçirib. O, “Kəpəz”lə səfər matçında (1:1) meydana çıxıb. 27 yaşlı futbolçunun hesabında 3 qol var.

Elçinin debütü 2022/23 mövsümündə “Kəpəz”in heyətində gerçəkləşib. O, Gəncə klubunda 68 qarşılaşmada 2 qola imza atıb. Əlicanov “Zirə”də 32 oyunda 1 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?