“Zirə” cadulanıb?

09:40 Zirə 108
“Zirə” cadulanıb?

Mövsümün ilk səkkiz həftəsinin ən bəxtsiz baş məşqçisi Rəşad Sadıqovdur.

«Zirə» görünməyəcək və inanılmayacaq qədər zədə epidemiyasına mübtəla olub.

Eyni vaxtda 10-dan artıq futbolçunun müxtəlif xəsarətlər alması, həkim otağınının qarşısında növbəyə düzülməsi hələ-hələ rast gəlinin hal deyil yəni. burda ya bir «əməl» var, ya da bir hikmət

. Heç birini bilmirik, sadəcə, təxmin edirik. Güman yüz yerə gedir, bəlkə də bir tlisimdir, cadudur bu.

Bütün hallarda Rəşad Sadıqov zor durumdadır. Problemləri çox və ciddidir. Yalnız zaman onun köməyinə çata bilər.

Zədəlilərdən kimlərsə, heç olmasa, 2-3 nəfər yaxın həftələrdə sıraya dönsə, bunun özü Sadıqov üçün böyük kardır.

«Zirə»nin Gəncədə meydana çıxan start heyəti ilə nəinki orta sıralar, heç çempionatda qalmaq uğrunda mübarizə aparmaq olmaz.

İsmayıl İbrahimli və Hacıağa Hacılı ilə oyuna başlayan Rəşad Sadıqovun halına beş dəsmalla oturub ağlayan olsa, yenə azdır.

Bir ucdan artan itkilərin fonunda Gəncədə qeydə alınan 1:1-i «Zirə»nin aktivinə yazmaq lazımdır. İki xalı orada qoyub gəlmədilər, 1 xalı qazanıb gəldilər.

Davit Volkovun son dəqiqələrdə qaçırdığı əla imkanın da üstündən sükutla keçərək.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM