“Zirə”nin dörd oyunçusu “Sumqayıt”la matçı buraxacaq

03:40 Zirə 83
“Zirə”nin dörd oyunçusu “Sumqayıt”la matçı buraxacaq

Misli Premyer Liqasının doqquzuncu turunda “Sumqayıt”ı qəbul edəcək “Zirə”nin dörd futbolçusu qarşıdakı oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Elmar Abdullazadə məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə əməliyyat olunan braziliyalı yarımmüdafiəçi Ktatau ilə yanaşı, Bayere Lue, Filipe Vieyra və İsmayıl İbrahimli də zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

Elmar Abdullazadə komandada cəzalı futbolçunun olmadığını da vurğulayıb.

“Zirə” - “Sumqayıt” qarşılaşması oktyabrın 23-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Görüş saat 19:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM