COP29

"Verder”in keçmiş futbolçusu “Zirə”yə “qiymət oxuyur”

22 İyun 17:40 Zirə 2 509
"Verder”in keçmiş futbolçusu “Zirə”yə “qiymət oxuyur”

Yay fasiləsində heyətini gücləndirməkdə davam edən “Zirə” heyətinə daha bir gürcünu qatmaq istəyir.

“Kəpəz”dən Elçin Əlicanovla Junior Martinsi rənglərinə bağlayan “qartallar”ın növbəti hədəfi Georgi Papunaşvilidir.

Vaxtilə “Verder”in şərəfini qorumuş yarımmüdafiəçiyə bu barədə məlumat verilib. Papu ləqəbli futbolçu cavab verməkdə tələsmir.

Buna səbəb “Zirə”nin təklif etdiyi illik əməkhaqqının onu qane etməməsidir. Texnikalı futbolçu həmyerlisi Davit Volkovun bağladığı müqavilənin detallarından xəbərdardır. Odur ki, özü ilə də sərfəli şərtlərlə sözləşmə imzalamaq arzusundadır.

Georgi düşünmək və qərar vermək üçün zirəlilərdən vaxt istəyib. Rəşad Sadıqov isə oturub gözləmək fikrində deyil. Həmin mövqe üçün digər namizədlərin keçidini götür-qoy edir.

28 yaşlı futbolçu ötən mövsüm “Kəpəz”in heyətində meydana çıxdığı 20 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 16:10 Çək və bizə göndər!
15 İyul 03:50 Milyonda bir şans...
15 İyul 03:00 Azərbaycani 4-cü oldu