2-20 manat versələr, “Qarabağ“ı canlı izləyəcəklər

09:00 Kəpəz 101
2-20 manat versələr, “Qarabağ“ı canlı izləyəcəklər

Misli Premyer Liqasının XII turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” qarşılaşmasının biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Azarkeşlər qarşılaşmanı 2, 3, 5, 10 və 20 manat ödəməklə stadiondan izləyə biləcəklər.

Biletləri iticket.az saytı vasitəsilə və ya Gəncə Şəhər Stadionunun kassalarından əldə etmək mümkündür.

“Kəpəz” – “Qarabağ” matçı noyabrın 22-də saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Noyabr 18:10 Çək və bizə göndər!