COP29

Moldovadan ən son xəbəri verdi: “Şerif” o deyil, “Zirə” isə...”

21 İyun 20:00 Zirə 1 811
Moldovadan ən son xəbəri verdi: “Şerif” o deyil, “Zirə” isə...”

Avropa Liqasında mübarizə aparan “Zirə” “Şerif”lə münasibətlərinə aydınlıq gətirəcək.

Moldovanın ən titullu klubu avrokuboklarda zəngin təcrübəyə malik olsa da, təmsilçimiz bu baxımdan axsayır.

Odur ki, püşkdən sonra böyük əksəriyyət cütün favoriti qismində “Şerif”in adını çəkir.

Aleksey Savinov isə belə düşünmür.

Vaxtilə ölkəmizdə futbolçu kimi “Bakı”nın uğurları üçün tər tökmüş, son illər məşqçi kimi Moldova klublarında çalışan 45 yaşlı mütəxəssis Sportinfo.az-a açıqlamasında şansların bərabər olduğunu bildirib:

“Mənim düşüncəmdə komandaların gücü və mərhələ keçmək şansları bərabərdir.

Düzdür, “Şerif”in avrokuboklarda böyük təcrübəsi var. Amma nəzərə almalıyıq ki, komandanın heyəti sabit deyil.

Hər il, az qala 6 aydan bir heyəti dəyişirlər. Belə olması avrokuboklardakı təcrübə amilini arxa plana keçirir.

Yəni bu fakt “Şerif”in xeyrinə işləməyəcək. "şerif” ötən mövsüm zəif oyun sərgiləyərək çempion ola bilmədi.

Belə olması köklü dəyişikliklərə yol açacaq. Yeni baş məşqçi gəlib, lakin onun da vaxtı azdır. Bir aya yeni kollektiv formalaşdırmalıdır.

“Zirə” isə oturuşmuş, mobil, sabit komandaya sahibdir. Rəşad Sadıqov futbol fəlsəfəsini aşılamağı bacarıb.

36 oyunda qapılarından cəmi 22, top buraxıblar. Bu, “Qarabağ”dan 15 top az deməkdir.

Təkcə bu fakta baxanda “Zirə”nin taktiki baxımdan hazırlıqlı, intizamlı olduğunu deyə bilərik. Fikrimcə, bu fakt “Zirə”nin xeyrinə olacaq.

Şansları 50-nin 50-yə dəyərləndirirəm. Və təbii olaraq Moldova təmsilçisinə azarkeşlik edəcəyəm”.

“Zirə”ylə “Şerif” arasındakı ilk oyun iyulun 18-də Tiraspolda, bir həftə sonra Bakıda keçiriləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti