"Zirə"nin məşqçisi ilə bağlı şikayəti təmin edilmədi

4 İyul 2022 22:40 Zirə 866
"Zirə"nin məşqçisi ilə bağlı şikayəti təmin edilmədi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Zirə”nin apellyasiya şikayətini təmin etməyib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İntizam Komitəsinin (İK) iyunun 3-də "qartallar"ın məşqçisi Eltun Yaqublunun cəzasının üzərinə bir oyun əlavə olunması və klubun 800 manat cərimələnməsi barədə qərarı qüvvədə saxlanılıb.

Yaqublu "Qarabağ"a penaltilər seriyasında uduzduqları Azərbaycan Kubokunun final matçında cəzalı olduğu halda meydana daxil olmuşdu.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu