İspaniyalı yenidən “Qalatasaray”a qayıtdı - FOTO

20 Yanvar 2022 22:00 Türkiyə 1 071
İspaniyalı yenidən “Qalatasaray”a qayıtdı - FOTO

Qalatasaray” sabiq futbolçusu və məşqçisi Albert Rieranı yenidən sıralarına qaytarıb.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

39 yaşlı ispan “sarı-qırmızılar”ın yeni baş məşqçisi Domenek Torrenin köməkçilərindən biri kimi çalışacaq.

Albert Riera futbolçu kimi 2011-2014-cü illər aralığında məhz “Qalatasaray”ın uğurları üçün çalışıb.

O, ötən mövsüm məşqçi kimi “Qalatasaray”a qayıtmış və bir müddət Fatih Terimin köməkçisi kimi çalışmışdı.

Digər Xəbərlər
Xəbər Lenti