“Qarabağ” məşhur klubun oyunçusunu transfer etdi - SON DƏQİQƏ

16 İyun 09:40 Qarabağ 23 116
“Qarabağ” məşhur klubun oyunçusunu transfer etdi - SON DƏQİQƏ

“Qarabağ” yay fasiləsi dönəmində ilk transferini reallaşdırıb.

Azərbaycan çempionu dəyəri 700 min avro qiymətləndirilən Pedro Biçalo ilə anlaşıb.

Braziliyalı dayaq yarımmüdafiəçisi artıq sabah ölkəmizə gələcək. Cənubi amerikalı tibbi baxışdan keçəndən sonra rəsmi müqaviləyə imza atacaq.

Vətənində yetirməsi olduğu “Palmeyras”a məxsus oyunçu 2022-ci ildə “Santa Klara”ya (Portuqaliya) icarəyə verilib.

6 aydan sonra geri qayıdıb və “Vitoriya”da çıxış edib. O, son iki mövsümü “Alverka”da keçirib.

İyunun 30-da icarə müqaviləsi bitdiyi üçün “Palmeyras”a qayıdan 24 yaşlı “sambaçı“ Portuqaliyanın ikinci liqasında 33 oyuna çıxıb (21-i start heyətdə), 2 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda