Azərbaycanlı ulduzu bu ölkəyə uçmağa nə məcbur etdi? - FOTO

09:40 Qarabağ 204
Azərbaycanlı ulduzu bu ölkəyə uçmağa nə məcbur etdi? - FOTO

“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Elvin Cəfərquliyev azı 2 ay futbol oynaya bilməyəcək.

Buna səbəb 25 yaşlı futbolçunun aldığı zədədir.

Sol budun arxa əzələsindən xəsarət alan cinah müdafiəçisi əməliyyat olunub.

Elvin cərrah masasına uzanmaq üçün nə futbolçuların daha çox müraciət etdiyi Türkiyəyə üz tutub, nə də Almaniyaya.

“44 nömrə” uzaq Finlandiyayanın Turku şəhərinə uçub.

“Qarabağ” zədəli futbolçusununun səhhətini dünyaca ünlü idman ortopedi Lasse Lempaynenə həvalə edib.

Həmin Lempaynen ki, 2026-cı ildə “Milan”a məxsus Alfa Sisse, “Spezia”nin üzvü Françesko Kassata, “Barselona”da məşhurlaşan Ter Ştegen, “Vilyareal”ın müdafiəçisi Villi Kambvala, “Roma”nın sabiq hücumçusuArtyom Dovbik kimi tanınmış futbolçuları əməliyyat edib.

Həkim şəxsi “instagram” hesabında Cəfərquliyevlə şəklini paylaşaraq futbolçumuza tezliklə bərpa olunmağı arzulayıb, özünə göstərilən güvənə görə “Qarabağ”a təşəkkür edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO
7 Sentyabr 18:10 Çək və bizə göndər!