İspan Azərbaycan klubunu tərk edəcəyi ilə bağlı suala nə cavab verdi?

17 Mart 16:40 Turan 885
İspan Azərbaycan klubunu tərk edəcəyi ilə bağlı suala nə cavab verdi?

“Turan Tovuz” yayda aparıcı futbolçularından birini itirə bilər.

Bölgə təmsilçisinin heyətində əla mövsüm keçirən Alexandro Serranonun klubla sözləşməsinin müddəti iyuna qədərdir.

İspan yarımmüdafiəçinin inamlı oyunu müştərilərinin sayını artırıb. Onunla Premyer Liqa ilə yanaşı, xarici klubların maraqlandığı deyilir.

Serrano Sportinfo.az-a açıqlamasında aktual mövzu ilə bağlı danışıb:

“İndiki məqam yeni müqavilə barədə danışmaq üçün tezdir. Qarşıda kifayət qədər vaxtımız var.

Bu dəqiqə bütün diqqətimi “Turan Tovuz”un nəticələrinə ayırmışam.

Məqaədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Hədəfə çatandan sonra dediyiniz məsələni müzakirə etmək olar”.

30 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 26 oyunda 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM