Azərbaycan klubu tanınmış baş məşqçi ilə müqavilə imzaladı

20:00 Turan 292
Azərbaycan klubu tanınmış baş məşqçi ilə müqavilə imzaladı

«Turan Tovuz» rəhbərliyi mühüm qərar verib. Bu qərar Kurban Berdiyevlə bağlıdır.

Qərb təmsilçisi ölkəmizdə üçüncü mövsümünü keçirən rusiyalı mütəxəssislə yeni müqavilə imzalayıb.

74 yaşlı çalışdırıcı ilə kontraktın müddəti 2 illik uzadılıb.

2024-cü ilin yayında «bozqurdlar»ın sükanı arxasına keçmiş Berdiyev 2028-ci ilin yayınadək burada qalacaq.

Tovuz komandası 2025-ci ildə onunla Premyer Liqada dördüncü yeri tutub.

Ötən mövsüm isə çempionatın bürünc medallarını əldə edən «Turan» 32 illik aradan sonra avrokuboklara vəsiqə qazanıb. Fəqət, UEFA-nın məlum cəzası üzündən qitə arenasına dönüş reallaşmayıb.

SPORTİNFO.AZ

"İstefa çağırışları məni narahat etmir" - Kurban Berdiyev

Digər Xəbərlər
Xəbər Lenti