Vaxt itirmədən ayrılıq postunu hazırlayın...
"Qaqa, "Barselona"nı udub e".
3 mövsümdü ağzımızı açmağa peşmanıq. Bir ağızdan cavab eyni olur - “Qaqa, Barselona"nı udub e".
Bildik də... Biz də tanıyırıq ki, təcrübəli mütəxəssisdir, səviyyəli məşqçidir, çox böyük keçmişi var. "Barselona"nı udduğu oyuna canlı baxmışam.
Amma bu gün işə yaramır. Bu adamın vaxtı keçib.
Bu gün üçün yararsız mütəxəssisdir.
Ötən mövsümü aut atışları ilə bir təhər çıxardı, indi o da keçmir.
Klub Berdiyevə hər cür şərait yaratdı. Bu mövsüm 11 əcnəbi ilə oynayan yeganə komanda "Turan"dı.
Əvəzində "Qəbələ", "Şamaxı" və "Kəpəz"lə oyunlarda 1 qol vurub, 4 xal qazanmaq artıq dibdir.
Hələ də gözləmək fikirləri varsa, davam etsinlər...
Şəxsən mən tuneldə işıq görmürəm.
XANOĞLAN/ SPORTİNFO.AZ
