COP29

“TURAN”: Bu bəxt ki bizdə var… VİDEO

10 Dekabr 2024 00:30 Turan 409
“TURAN”: Bu bəxt ki bizdə var… VİDEO

Premyer Liqada XVI tura "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulub.

Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda ev sahibləri qələbə qazanıb - 3:2.

Qarşılaşmada hesabı qonaqlar açıb. 12-ci dəqiqədə Belajdi Pusi sabiq komandasını cəzalandırıb.

Meydan sahiblərinin cavab qolu özünü çox gözlətməyib. 9 dəqiqə sonra Roderik Miller adını tabloya yazdırıb. Bununla belə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fasiləyə 6 dəqiqə qalmış növbəti qolun sevincini yaşayıb.

Bu dəfə Edqar Adilxanov dəqiq zərbə müəllifi olub. Qərb təmsilçisi 60-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib.

Alexandro Serrano penalti zərbəsindən fərqlənib. Tovuzluların qələbə qolunu Roderik Miller vurub. Panamalı futbolçu 90+4-cü dəqiqədə fərqlənib.

Bu nəticənin ardından "Turan Tovuz" 30 xalla üçüncü, "Şamaxı" isə 13 xalla yeddinci pillədə qərarlaşıb.

"Turan Tovuz" - "Şamaxı" 3:2

Qollar: Roderik Miller, 22, 90+4; Alexandro Serrano, 60 (p.) // Belajdi Pusi, 12; Edqar Adilxanov, 40
Tovuz şəhər stadionu, 3000 tamaşaçı
Baş hakim: Kamal Umudlu
Baş hakimin köməkçiləri: Vüsal Məmmədov, Asiman Əzizli
Dördüncü hakim: Rauf Allahverdiyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Sarı vərəqələr: Roderik Miller, 90+4 (qeyri-idman hərəkəti); Mehman Hacıyev, 90+4 (qeyri-idman hərəkəti); Eltun Turabov, 90+4 (qeyri-idman hərəkəti) // Brahim Konate, 57 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.
“Turan Tovuz”
1. İvan Konovalov
4. Şəhriyar Əliyev (k)
10. Xəyal Nəcəfov
(13. Fərid Yusifli, 46)
88. Faiq Hacıyev
7. İsmayıl Zülfüqarlı
(44. Rüfət Əhmədov, 53)
9. Kristian da Silva
5. Roderik Miller
23. Alexandro Serrano
15. Emmanuel Hakman
80. Otto Con
21. Aleks Souza
(6. Araş Qaderi, 85)
Ehtiyat oyunçular:
41. Sergey Samok
71. Mehman Hacıyev
39. Sadiq Quliyev
33. Eltun Turabov
8. Tural Bayramlı
11. Ayxan Hüseynov
99. Sadiq Şəfiyev
70. Məzahir Məmmədzadə
20. İbrahim Ramazanov
Baş məşqçi: Kurban Berdiyev

“Şamaxı”
1. Rikardo Fernandes
60. Səbayıl Bağırov (k)
17. Rafael Məhərrəmli
(10. Emin Zamanov, 78)
6. Rauf Rüstəmli
(22. Qurban Səfərov, 90)
82. Rüfət Abbasov
24. Edqar Adilxanov
(5. Arsen Ağcabəyov, 71)
32. Vasiliye Radenoviç
20. Leroy Mikels
93. Brahim Konate
9. Belajdi Pusi
66. Vasiliye Bakiç
Ehtiyat oyunçular:
85. Kamal Bayramov
62. Abdulla Seydəhmədov
80. Zahid Mərdanov
13. Ramin Əhmədov
19. Fəxri Məmmədli
11. Conatan Benteke
Baş məşqçi: Ayxan Abbasov

Digər Xəbərlər
Xəbər Lenti