Premyer Liqada çıxış etməyə razılaşan yeni hücumçu - VİDEO

23 Yanvar 02:10 Turan 590
Premyer Liqada çıxış etməyə razılaşan yeni hücumçu - VİDEO

“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.

Sportinfo.az xəbər verir ki, albaniyalı hücumçu Belaydi Pusi ilə 6 ay+1 il müddətinə rəsmi müqavilə bağlanıb.

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

“Vlajniya”nın yetirməsi olan 25 yaşlı futbolçu, son olaraq Albaniyada “Skenderbeu”nun formasını geyinib. O, cari mövsümdə çıxdığı 12 oyunda 6 qol vurub.​

Digər Xəbərlər
Xəbər Lenti