Bölgə təmsilçisində sindrom – Vacib matçda 5 nəfər oynamayacaq

19 Aprel 14:00 Turan 1 229
Bölgə təmsilçisində sindrom – Vacib matçda 5 nəfər oynamayacaq

Mövsümün həlledici mərhələsinə qədəm qoyan “Turan Tovuz”da itkilər əməlli-başlı baş ağrısına çevrilib.

“Sumqayıt”la görüşdə beş futbolçu meydana çıxmaqdan məhrumdur.

Zədəli olan Rojerik Miller, Fərid Yusifli, Eltun Turabov və Veysəl Rzayev vacib oyunu kənardan izləyəcək.

Bu azmış kimi, “Qəbələ”ylə qarşılaşmada sarı vərəqə limitini dolduran Xəyal Nəcəfov cəzalı duruma düşüb.

“Sumqayıt”da isə eyni səbəbdən Kasimir Ninqa Tovuzda oynaya bilməyəcək.

Aprelin 19-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Sumqayıt” görüşü saat 16:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!