Olimpiya kəndində tavan niyə alçaqdır? – FOTO

23 İyul 12:20 Tokio-2020 394
Olimpiya kəndində tavan niyə alçaqdır? – FOTO

Tokioda olimpiya oyunları başlayıb.

Sportinfo.az xəbər verir ki, idmançılar artıq bəzi narazılıqlarını bildirilər.

Belə ki, olimpiya kəndindəki mənzillərin tavanı çox alçaqdır.

Hətta o qədər alçaqdır ki, hündürboy idmançılar mənzilin qapısından keçərkən əyilməli olurlar. ə daxil olarkən Rusiyanın Olimpiya komitəsinin rəhbəri Stanislav Pozdnaykov məsələni belə şərh edib:

“Olimpiya kəndi tikilərkən, həm də o nəzərə alınır ki, bu mənzillərdə sonradan yerli sakinlər yaşayacaq. Buna görə də, mənzillərin tikintisi zamanı yaponların həyat tərzləri nəzərə alınıb.

Ona görə də Yaponiya və Avropa mənzillərinin fərqi açıq şəkildə görünür. Amma idmançıların böyük əksəriyyəti bu uyğunsuzluğa adekvat münasibət göstərir, hətta yumor hissi ilə yanaşanlar da var.

İdmançıların bu məsələyə aqressiv yanaşmamağı yaxşı haldır. İlk gün bir qədər qeyri-adilik oldu, sonradan hamı situasiyaya öyrəşdi”.

Xəbər Lenti