Etiraf etdi ki, səhvlərə yol vermişik: “1 xal da pis deyil”

17:20 Milli komanda 116
Etiraf etdi ki, səhvlərə yol vermişik: “1 xal da pis deyil”

“Çox istəyirdik ki, qələbə qazanaq, çünki ölkəmiz üçün əlamətdar bir gün idi və xalqımızı qələbə ilə sevindirmək istəyirdik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı deyib.

O, Millətlər Liqasının yeni mövsümünün ilk turunda qonağı olduğumuz Litvanın güclü tərəflərindən danışaraq qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bildiklərini vurğulayıb:

“Səfərdən 1 xalla qayıtmağı pis nəticə saymaq olmaz. Ən azı, xalsız qayıtmırıq.

İnşallah, Bakıdakı hər iki oyunda da qələbə qazanaraq qrupu lider kimi başa vurarıq. Litva millisi yaxşı komandadır. Bunu əvvəldən də gözləyirdik.

Rəqib fiziki baxımdan və standart vəziyyətlərdə çox yaxşı idi. Amma komanda olaraq ümumilikdə pis mübarizə aparmadıq.

Daha yaxşı çıxış edə bilərdik. Çünki hər zaman daha yaxşısını etmək mümkündür.

Səhvlərimizdən nəticə çıxarıb Bakıdakı oyunda hücumda daha kəsərli olmağa və qələbə qazanmağa çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO