“Sumqayıt”da 55 YOXLAMA

21 May 2020 14:50 Sumqayıt 592
“Sumqayıt”da 55 YOXLAMA

Ötən həftənin son günlərində elita təmsilçilərinin əksəriyyəti COVID-19 testindən keçdikləri ilə bağlı xəbərlər paylaşdılar.

Sportinfo.az xəbər verir ki, Premyer Liqada çıxış edən klublardan “Neftçi”, “Qarabağ”, “Keşlə”, “Zirə”, “Sabah” və “Səbail”in futbolçuları lazımi prosedur qaydalarına riayət edərək, həkim qarşısında əyləşdilər.

AFFA bu proses üçün elita təmsilçilərinin hər birinə 5000 manat ödəyib. Son olaraq “Sumqayıt”da komanda üzvləri ilə yanaşı, rəhbərlik, məşqçilər korpusu, stadionda çalışan texniki personal, meydanlara nəzarət edən əməkdaşlar COVID-19 testindən keçib.

Həkimlər ümumilikdə təxminən 55 nəfərdən test götürüblər. Heç kimdə virus aşkarlanmayıb. Boğaz nahiyyəsindən götürülən testi Sumqayıtda fəaliyyət göstərən klinikalardan dəvət olunan həkimlər keçiriblər. Klubun tibbi personalı da prosedurda iştirak edib.

Digər Xəbərlər
Xəbər Lenti