Kölgədə qalan sabiq "Qəbələ"li getmək qərarına gəldi

9 May 2025 14:00 Sumqayıt 1 820
Kölgədə qalan sabiq "Qəbələ"li getmək qərarına gəldi

Rövlan Muradov mövsümün sonu "Sumqayıt"ı tərk edəcək.

Təcrübəli yarımmüdafiəçi buradakı durumundan məmnun deyil.

Bu da səbəbsiz deyil.

27 yaşlı futbolçu qış fasiləsindən sonra daha çox ehtiyatda qalır.

"7 nömrə"yə bir neçə klubdan real təkliflər var.

Muradov isə heç bir halda Sumqayıt təmsilçisində qalmaqda maraqlı deyil.

"Qəbələ"nin yetirməsi 2023-cü ildən "Sumqayıt"ın şərəfini qoruyur.

Cinah müdafiəçisi bu müddətdə meydana çıxdığı 68 oyunda 6 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...