Premyer Liqa klubu yaponla danışıqlara start verdi - SON DURUM

27 May 2024 19:00 Sumqayıt 2 463
Premyer Liqa klubu yaponla danışıqlara start verdi - SON DURUM

Avrokuboklar üçün mübarizə aparan “Sumqayıt” növbəti mövsümü də unutmur.

Bəzi futbolçularla danışıqlara start verilib.

Onlardan biri Masaki Muratadır.

Amma yaponiyalı legioner gələcəyi ilə bağlı qərar verməyə tələsmir.

Başqa təklifləri olan orta sahə oyunçusu mövsümün bitməsini gözləyir.

Bununla bir qədər zaman qazanmaq və yalnız bundan sonra yekun rəyini rəsmilərə bildirmək istəyir.

24 yaşlı legioner 2023-cü ilin yanvarından “Sumqayıt”ın formasını geyinir.

O, arxada qalan müddətdə meydana çıxdığı 52 matçda 1 qol, 3 asistlə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu