COP29

"Sumqayıt" sözünü bundan sonra deyəcək"

11 Noyabr 2023 16:00 Sumqayıt 415
"Sumqayıt" sözünü bundan sonra deyəcək"

«Arxada qalan 12 turda əldə olunan 18 xal bizi tam qane etmir».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın yarımmüdafiəçisi Rövlan Muradov deyib.

Yayda «Qəbələ»dən gələn orta sahə oyunçusu bildirib ki, Premyer Liqanın geridə qalan hissəsində qeydə alınan nəticələr daha yaxşı ola bilərdi:

«Bir neçə oyunda uduzmamalıydıq. Lakin düşünürəm ki, ümumilikdə qənaətbəxş hesab etmək olar.

Güclü komandayıq, hər oyuna yaxşı nəticə üçün çıxır. Burada yeni futbolçular çoxdur.

Bəzən büdrəməyimiz bununla əlaqədardır. «Sumqayıt» sözünü bundan sonra deyəcək».

Digər Xəbərlər
Xəbər Lenti