Premyer Liqada 9-cu klub

8 Mart 2022 02:30 Sumqayıt 965
Premyer Liqada 9-cu klub

“Sumqayıt” Premyer Liqada 150-ci məğlubiyyətini alıb.

Sportinfo.az xəbər verir ki, bu, XVIII turun “Zirə” ilə matçına təsadüf edib.

0:1 hesabı ilə uduzan “gənclik şəhəri” təmsilçisi 317-ci görüşündə “150”yə çatıb. Sumqayıtın eyniadlı təmsilçisi məğlubiyyətlərin 64-nü evdə, 86-nı səfərdə alıb.

Ölkə çempionatları tarixində bunadək 8 klub 150 və daha çox matçda uduzub. “Sumqayıt” buna çatan 9-cu komandadır.

Antirekord isə fəaliyyətini dayandıran “Turan”a məxsusdur. Tovuzlular 222 dəfə yenilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti