COP29

Almaniyada Mahiri sevənlər tapıldı: “Biz bu oğlanı heç yerə buraxan deyilik”

2 Noyabr 20:00 Sizdən Bizə 3 698
Almaniyada Mahiri sevənlər tapıldı: “Biz bu oğlanı heç yerə buraxan deyilik”

Azərbaycan millisinin üzvü Mahir Emrelinin Almaniyadakı işləri yağ kimi gedir.

“Nürnberq”in “30 nömrə”si meydanda olduğu son 3 oyunda 3 qolla yadda qalıb.

27 yaşlı futbolçu “Hoffenhaym”la qarşılaşmadan bir gün sonra özünün “instagram” hesabında paylaşım edərək, komandanı dəstəkləyən azarkeşlərə minnətdarlığını bildirib:

“Dünən yaşananlar haqda çox danışa bilərik. Lakin bu, bizi heç yerə aparmır.

Final fitinə qədər hər şeyimizi ortaya qoyduq, uğur qazanmaq üçün çox çalışacağıq. Komandamızla fəxr edirəm.

Fantastik dəstəyinizə görə azarkeşlərimizə təşəkkür edirik”.

Mahirin paylaşımı böyük marağa səbəb olub. 300-ə yaxın şərhlərin yazıldığı postda “Nürnberq” fanatlarının həmyerlimizə olan inam və sevgisi diqqət çəkib:

“Əlasan, sükanı belə saxla”.

“İnanılmaz performans göstərdiniz. Liqada nəyə qadir olduğumuzu sübut edəcəyik”.

“Biz də sizinlə fəxr edir, təşəkkürümüzü bildiririk”.

“Dünəni düşünməyə gərək yoxdur. İrəliyə inamla bax. Çünki səni və bizi qarşıda möhtəşəm günlər gözləyir”.

“Biz bu oğlanı heç yerə buraxan deyilik. Dayanmadan mübarizə aparır, kluba fayda verir”.

“Çox yaxşı performans göstərirsən. “Hamburq” və “Kayzerslautern”lə oyunlar dönüş nöqtəsi olacaq. Qolların davamı gəlsin”.

“Sən şirsən!”

“Biz azarkeşlər hər zaman sevdiyimiz rənglərin yanındayıq. Görəndə ki, komanda uda biləcəyi oyunda uduzur, bu, pis təsir edir. Ancaq mübarizə apardığınız matçda məğlub olsanız belə, sizinlə qürur duyuruq. Dünən də belə oldu. Səni “Nürnberq”in parçası kimi görmək xoşdur. Dayanma, irəli!”

Bu ilin avqustunda Almaniya təmsilçisi ilə anlaşan Mahir Emreli II Bundesliqada şans qazandığı 5 oyunda (329 dəqiqə) 2 qol vurub, Almaniya kubokunda 1 matçda (82 dəqiqə) 1 dəfə fərqlənib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 04:40 "Ordu"ya qalib gəldilər