“Qarabağ”a görə Bakıya gələn ingilislər onun heykəli önündə şəkil çəkdirdilər

13 Avqust 02:40 Sizdən Bizə 456
“Qarabağ”a görə Bakıya gələn ingilislər onun heykəli önündə şəkil çəkdirdilər

Konfrans Liqasının “Qarabağ” - “Dinamo” (Kiyev) matçını idarə edəcək ingiltərəli hakimlər Tofiq Bəhramovun xatirəsinə ehtiramlarını bildiriblər.

Sportinfo.az xəbər verir ki, hakimlər Tofiq Bəhramov adına Respublika stadionunda əfsanəvi azərbaycanlı hakimin heykəlini ziyarət ediblər. Onlar Tofiq Bəhramovun heykəli önündə xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, avqustun 13-də keçiriləcək KL-in 3-cü təsnifat mərhələsinin “Qarabağ” - “Dinamo” cavab görüşünün baş hakimi ingiltərəli Stüart Ettuel olacaq.

Ona həmyerliləri Nik Qrinheyl və İan Hassin kömək edəcəklər. Dördüncü hakim Lyuis Smit, VAR hakimi Piter Benkis, AVAR isə Ceyms Bell olacaq.

Tofiq Bəhramov 1966-cı il dünya çempionatının İngiltərə - AFR finalında verdiyi tarixi qərarla dünya futbolunda məşhurlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Sentyabr 23:40 Altı qol - VİDEO
5 Sentyabr 18:10 Çək və bizə göndər!
5 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM