“Azərbaycan çempionatı hazırda bizimkindən güclüdür”

11:20 Sizdən Bizə 152
“Azərbaycan çempionatı hazırda bizimkindən güclüdür”

“İrəvan” və “İmişli”də çıxış etmiş belaruslu qapıçı Andrey Sinenko Azərbaycan futbolunun səviyyəsini yüksək qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, hazırda ölkəsində - “Dnepr”də çıxış edən qolkiper Azərbaycan Premyer Liqasının Belarus çempionatından daha güclü olduğunu bildirib.

Sinenko Azərbaycanda həm aşağı divizionda, həm də Premyer Liqada çıxış etdiyini xatırladıb:

“Azərbaycan Premyer Liqası tamamilə başqa səviyyədir. Maliyyə imkanları, stadionlar və atmosfer fərqlidir.

Düşünürəm ki, səviyyələri müqayisə etmək mümkün deyil - Azərbaycan çempionatı hazırda bizimkindən güclüdür.

Komandalarda çoxlu legioner var. Klubların Şimiç, Puxaç, Yankoviç, Duran, Mikkels və Enrike kimi futbolçuları dəvət etmək imkanları mövcuddur”.

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!