Onun Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi

2 İyul 02:20 Sizdən Bizə 658
Onun Azərbaycan millisində çıxış etməsinə rəsmən icazə verildi

2026-2027 mövsümündən etibarən 13 yaşlı rusiyalı fiqurlu konkisürən Aleksandr Plüşenko beynəlxalq fiqurlu konkisürmə yarışlarında Azərbaycan bayrağı altında çıxış edəcək.

Sportinfo.az xəbər verir ki, bu haqda Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.

Qurumun bununla bağlı Beynəlxalq Fiqurlu Konkisürmə Federasiyasına ünvanladığı müraciəti müsbət qiymətləndirilib və idmançının Azərbaycanı beynəlxalq arenada təmsil etməsinə rəsmi razılıq verilib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Avqust 17:20 "Qarabağ"dan ŞOK XƏBƏR!