Azərbaycanda bu tanınmış futbolçuların adları uşaqlara verildi

19 İyul 19:25 Sizdən Bizə 602
Azərbaycanda bu tanınmış futbolçuların adları uşaqlara verildi

Azərbaycanda son beş ilin ad statistikası futbol ulduzlarının adlarına maraqlı münasibəti ortaya qoyur.

Sportinfo.az xəbər verir ki, bu dövrdə 596 oğlan uşağına Arda adı verilib.

Bununla da Arda məşhur futbolçuların adları arasında ən çox seçilən ad olub.

Eyni dövrdə Ronaldo adı cəmi 1 uşağa, Salah adı isə 4 uşağa verilib.

Buna qarşılıq, son beş ildə Messi, Neymar və Haaland adları ilə bağlı heç bir hal qeydə alınmayıb.

Azərbaycanda futbolçuların adlarından ilhamlanaraq uşaqlara ad verilməsi yeni tendensiya deyil.

Əvvəlki illərdə də Ronaldo, Messi və Zidan kimi adlar tək-tük hallarda uşaqlara verilib.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!