Vaxtilə Azərbaycanda top qovmuş futbolçulardan bir neçəsi yayda yenidən ölkəmizə üz tutdu.
Onlardan biri də Maudo Jarjuedir.
Qambiyalı mərkəz müdafiəçisi 2017/18 mövsümündə “Səbail”in uğurları üçün tər tökmüşdü.
İndi isə Premyer Liqaya yeni yüksələn “Şəfa”nın şərəfini qoruyur.
Azərbaycan futbolunda baş verən dəyişiklikləri, yaşanan xoş və xolagəlməyən hallar hər birimizə məlumdur.
Önəmli olan 8 ildən sonra ölkəmizə qayıdan legioner futbolçunun uzun müddətdən sonra burada gördüklərini dinləməkdir.
Cari mövsümdə Premyer Liqada 2 oyuna çıxan Maudo Sportinfo.az-a açıqlamasında çempionatla bağlı dəyişikliklərdən və yeniliklərdən söz açıb:
“Çempionatın səviyyəsi o vaxt da pis deyildi. Amma yaxşı xatırlayıram ki, “Qarabağ” bütün cəhətlərdə rəqiblərini üstələyirdi, hər il çempion olurdu.
Rəqabət o qədər də güclü deyildi. İndi isə “Qarabağ”ın əsas rəqibi kimi “Sabah” var.
Ötən mövsüm çempion olub, kubok qazanıb, Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib.
Bu mənada “Neftçi”ylə “Turan Tovuz”un, hətta “Zirə”nin adını çəkə bilərəm. Çempionluq uğrunda mübarizə qızışıb, iddialı klubların sayı artıb.
Ümumi götürsək, Premyer Liqanın səviyyəsi yüksəlib. “Səbail”də oynadığım dönəmdə iştirakçı sayı səhv etmirəmsə 8 idi. İndi 12 komanda mübarizə aparır. Bunun özü də olduqca xoş haldır.
Diqqətimi çəkən daha bir məqam komandaların səviyyə baxımından bir-birinə yaxın olmasıdır. Oyunlar gərgin keçir, sona qədər mübarizə gedir. Yəni asan udulacaq rəqib yoxdur”.
HƏBİB / SPORTİNFO.AZ
