İsveçrənin Avropanın tanınmış komandası Azərbaycan torpağına ayas basdı

23 İyul 17:20 Sizdən Bizə 2 127
İsveçrənin Avropanın tanınmış komandası Azərbaycan torpağına ayas basdı

Bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda Belarusun BATE klubu İsveçrənin “Sion” komandası ilə qarşılaşacaq.

Sportinfo.az xəbər verir ki, Belarus təmsilçisi ev oyununu Azərbaycanda keçirəcək.

Görüş Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda təşkil olunacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Matçı Monteneqrodan olan FIFA referisi Miloş Savoviç idarə edəcək.

Komandalar arasında cavab oyunu bir həftə sonra İsveçrədə keçiriləcək.

2022-ci ilin fevralından etibarən FİFA və UEFA Belarusun bütün komandalarına qeyri-müəyyən müddətə ev oyunlarını doğma ölkələrində keçirmək qadağası qoyub. Bu qərar Ukraynadakı müharibə səbəbindən qəbul olunub.

Bu səbəbdən BATE bu mövsüm Konfrans Liqasında ev oyunlarını Sumqayıtda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti