“Azərbaycandan təklif aldım, lakin razılıq vermədim, səbəb isə...”

1 Avqust 23:20 Sizdən Bizə 165
“Azərbaycandan təklif aldım, lakin razılıq vermədim, səbəb isə...”

Sportinfo.az xəbər verir ki, “Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq baş məşqçisi Yuri Maksimov Azərbaycan və Qazaxıstandan aldığı təklifləri niyə qəbul etmədiyini açıqlayıb.

Ukraynalı mütəxəssis bildirib ki, 2025-ci ilin iyununda “Vorskla”dan ayrıldıqdan bəri bir neçə klubdan təklif alıb.

Lakin o, yüksək hədəfləri olmayan komandalarda çalışmaq istəmədiyini söyləyib:

“Mənə tələbat olmadığını demək düzgün olmazdı. Qazaxıstan və Azərbaycandan təkliflər aldım, lakin razılıq vermədim.

Səbəb isə həmin klubların qarşılarına yüksək məqsədlər qoymaması idi. Buna görə də vaxtımı və gücümü sərf etmək istəmədim.

Yeni çağırışlara hazıram. Yeganə istəyim odur ki, iddialı komandada çalışım. Bunun Ukraynadan, yoxsa başqa ölkədən olması mənim üçün fərq etmir”.

Yuri Maksimov 2017-2018 mövsümündə “Keşlə”ni çalışdırıb və komandaya Azərbaycan Kubokunu qazandırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
1 Avqust 18:10 Çək və bizə göndər!