"Azərbaycanla idman sahəsində əməkdaşlığın genişləndirilməsini vacib hesab edirəm"

03:10 Sizdən Bizə 49
"Azərbaycanla idman sahəsində əməkdaşlığın genişləndirilməsini vacib hesab edirəm"

Azərbaycan və İran arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi və əlaqələrin sıxlaşdırılması vacibdir.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan İranın idman və gənclər naziri Əhməd Dünya Mali jurnalistlərə açıqlamasında deyib.

O, səfər çərçivəsində imzalanan Fəaliyyət Planı barədə danışıb:

"Azərbaycan və İran arasında idman və gənclər sahəsində əməkdaşlıq üzrə 2026-2028-ci illər üçün Fəaliyyət Planı imzalanıb. Bu, çox müsbət haldır.

İki ölkə arasında idman sahəsində əməkdaşlığın daha da genişləndirilməsini və əlaqələrimizin sıxlaşdırılmasını vacib hesab edirəm".

Nazir Bakıda olarkən bir sıra idman infrastrukturları ilə tanış olduqlarını söyləyib:

"Burada olduğum üçün şadam. Ölkəniz bir sıra mötəbər idman tədbirlərinə ev sahibliyi edib. 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarını və digər mötəbər turnirləri xüsusi vurğulayardım.

Azərbaycan bir çox idman növlərində uğurlar əldə edib. Paris-2024-də cüdoda qazanılan 2 qızıl medal həqiqətən yüksək nəticə idi".

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!