“Azərbaycanda elə təzyiq yoxdur, çox rahatdılar”

21 İyun 23:45 Sizdən Bizə 188
“Azərbaycanda elə təzyiq yoxdur, çox rahatdılar”

“Bizdə fanatik səviyyə daha yüksəkdir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında türkiyəli menecer Murat Senay deyib.

Tanınmış agent “bizim furbolçularıın Türkiyədə qala bilməməsi nə ilə bağlıdır” sualına cavabında aşağıdakıları söyləyib:

“Bursa böyük camiədir. İnanılmaz azarkeşləri var. Bu gün ikinci liqada 40 min azarkeş önündə oynayırlar.

Azarkeş təzyiqi, yerli furbol mədəniyyəti var. Azərbaycanda elə təzyiq yoxdur.

Çox rahatdılar. Gələn azarkeşlər də dəstək olmur.

"Çelsi" ilə oyunda 30 min azarkeş vardı. Amma heç bir şey hiss etmədik.

Daha əvvəl "Qalatasaray" - "Liverpul" matçına getmişdim. Qulağımıza pambıq tıxadıq.

İnanılmaz təzyiq vardı. Böyük fərqdir. Futbolçular buna adaptasiya ola bilmirlər.

İdman anlamında da yüksəliş var. "Qalatasaray" 75 milyon qiyməti olan Osimeni ala bilir.

Daha deyiləcək nəsə yoxdur. İlk addım olaraq buradan çıxmaq lazımdır. Albaniya, Monteneqro olsun, amma olsun”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO