Respublikamıza gələcək daha bir komanda bəlli oldu

8 Avqust 03:50 Sizdən Bizə 686
Respublikamıza gələcək daha bir komanda bəlli oldu

Bu ilin oktyabrında Azərbaycanda keçiriləcək U-15-lər arasında dünya çempionatının iştirakçıları müəyyənləşməkdə davam edir.

Sportinfo.az xəbər verir ki, turnir üçün ölkəmizə gələcək daha bir yığma bəlli olub. Bu, Qırğızıstan seçməsidir.

Qırğızıstan Futbol İttifaqı artıq U-15 millisinə yeni baş məşqçi təyinatını da açıqlayıb. Bu posta təyin olunan Vladimir Saloya komandanı mundiala hazırlamaq tapşırığı verilib.

U-15-lərin dünya çempionatı oktyabrın 22-31-i aralığında keçiriləcək. Turnirdə 175-dən çox komandanın iştirakı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!
21 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
21 Sentyabr 04:20 Dünya çempionu olduq