"Düzünü desəm, Azərbaycan klublarından təklif almamışam"

19 Aprel 02:40 Sizdən Bizə 995
"Düzünü desəm, Azərbaycan klublarından təklif almamışam"

"İsraildə, "Hapoel"də işlərim qaydasında gedir.

Komandamız 4-cü pillədə qərarlaşıb.

Avrokuboklara yollanmaq yolunda yaxşı şansımız var. Bu klubda oynadığım üçün şadam".

Sportinfo.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Hapol Hayfa"nın futbolçusu Felipe Santos deyib.

Üç il Azərbaycanda "Şamaxı" və "Qəbələ"nin formasını geyinmiş 27 yaşlı braziliyalı yenidən ölkəmizə qayıtmaq istəyindən söhbət açıb.

O, Premyer Liqa klublarımızın təklifinə müsbət cavab verə biləcəyinə işarə vurub:

"Azərbaycanda çox yaxşı vaxtlarım oldu. Hər zaman təkliflərə açığam.

Amma düzünü desəm, Azərbaycan klublarından təklif almamışam. Karyeram üçün yaxşı olacaqsa, Azərbaycana qayıdaram".

Ötən mövsüm "Qəbələ"nin formasını geyinmiş Santos bölgə klubunun hazırda son pillədə qərarlaşmasını da şərh edib: “İndi də Azərbaycan Premyer Liqasının oyunlarını, nəticələrini izləyirəm.

Təbii ki, “Qəbələ”ni son pillədə görmək üzücüdür. Bu komandada hər zaman qələbə qazanmaq üçün oynayırdıq, kuboka da sahib çıxmışdıq.

Ümid edirəm ki, “Qəbələ”də işlər qaydasına düşəcək".

Digər Xəbərlər
Xəbər Lenti