Azərbaycan və Türkiyənin futbol siyasətindəki əsas fərq

7 Yanvar 2022 11:00 Sizdən Bizə 2 286
Azərbaycan və Türkiyənin futbol siyasətindəki əsas fərq

Avropada anadan olub, Türkiyə millisini seçən futbolçulardan ibarət ən yaxşı rəmzi komanda dərc edilib.

Sportinfo.az-ın qardaş ölkə mətbuatına istinadən məlumatına görə, seçim zamanı oyunçuların klub karyerası da böyük rol oynayıb.

Son olaraq “Fənərbaxça”nın yarımmüdafiəçisi Ferdi Kadıoğlu həm klubu ilə yeni uzunmüddətli müqaviləyə, həm də Türkiyə vətəndaşlığını qəbul etməyə razılıq verib.

İstər Avropada, istərsə də Türkiyədə doğulan bu ölkə nümayəndələrinin Azərbaycan millisini seçməsi halları da kifayət qədərdir.

Keçmişdə Cihan Özkara, Ali Gökdemir, Pərdis-Fərzad Azad, Ufuk Budak, Uğur Pamuk kimi çox sayda ad var ki, milliləşdirilərək Azərbaycan yığmasının formasını geyinib.

Halbuki əksəriyyəti Almaniyada doğulan həmin milliləşən türkiyəlilər nə almanlara, nə də türkiyəlilərə lazım olub. Elə hazırda da istər əsas, istərsə də aşağı yaş qrupu üzrə yığmalarımızda kifayət qədər milliləşdirilmiş oyunçular mövcuddur.

Bizdən fərqli başqa ölkədə doğulmasına baxmayaraq, Türkiyə millisinə cəlb edilən futbolçuların əksəriyyəti daxili çempionatdakılardan üstün olub. Aşağıdakı simvolik komandadakı adlar buna sübutdur.

Qapıçı: Sinan Bolat
Mərkəz müdafiəçiləri: Ömer Toprak, Ersan Gülüm
Sol cinah müdafiəçisi: Hakan Balta
Sağ cinah müdafiəçisi: Ümit Davala
Dayaq yarımmüdafiəçisi: Nuri Şahin
Sol cinah yarımmüdafiəçisi: Hakan Çalhanoğlu
Sağ cinah yarımmüdafiəçisi: Hamit Altıntop
Pleymeyker: Yıldıray Baştürk
Hücumçular: Erdal Keser, Cenk Tosun

Digər Xəbərlər
Xəbər Lenti