
Azərbaycan 1-ci liqa təmsilçisi “Şamaxı” yoxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, komanda Türkmənistanın “Nebitçi” klubu ilə qarşılaşıb.
Matç "Şamaxı"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Emil Qasımov (2), Rövşən Şahmuradov və Əli Mürsəlov fərqləniblər.
"Şamaxı" 1-ci liqanın ilk turunda sentyabrın 15-i "Qaradağ Lökbatan"ının qonağı olacaq.
"Nebitçi" Türkmənistanın yüksək liqasında çıxış edir. Komanda 14 turdan sonra 25 xalla 3-cü pillədə qərarlaşıb.