Azərbaycanda yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan komanda var

11:00 Şamaxı 72
Azərbaycanda yalnız “Qarabağ”la “Neftçi”dən geri qalan komanda var

Misli Premyer Liqasının 24-cü turu “Şamaxı” üçün ikiqat yubileylə əlamətdar olub.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış komanda Premyer Liqada 300-cü, tarixində 400-cü qələbəsini qazanıb.

“Şamaxı” “Sumqayıt”la səfər görüşündə 1:0 hesabına sevinib.

Azərbaycan çempionatının yüksək dəstəsində 717-ci matçına çıxan komanda 300-cü dəfə meydandan 3 xalla ayrılıb. Qələbələrdən 175-i evdə, 125-i səfərdə qeydə alınıb.

“Şamaxı” turnirin tarixində 300 və daha çox qələbə qazanan 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” daha çox oyunda qalib gəlib.

1999/2000 mövsümündə “Xəzər Universiteti” kimi debüt edən komanda ilk qələbəsini 1999-cu il noyabrın 21-də “Xəzər”lə (Sumqayıt) ev görüşündə əldə edib.

Azərbaycan kubokunda 60, avrokuboklarda 16, birinci liqada 16, “Birlik kuboku”nda 8 qələbəsi olan “Şamaxı” bütün turnirlər nəzərə alınmaqla 400-cü dəfə rəqibini məğlub edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti