Aşağı liqaya üz tutan millimizin sabiq müdafiəçisi ilə bağlı nə PROBLEM VAR?

17:00 Milli komanda 142
Aşağı liqaya üz tutan millimizin sabiq müdafiəçisi ilə bağlı nə PROBLEM VAR?

Mövsümə iddialı heyətlə başlayan MOİK-in transferləri arasında Azərbaycan millisində, eləcə də “Turan Tovuz” və “Qarabağ” kimi iddialı klublarımızda çıxış etmiş Şəhriyar Əliyev də yer aldı.

Təcrübəli müdafiəçi karyerasında ilk dəfə bu mövsüm Birinci Liqa klubunun formasını geyinməyə razılıq verib.

Bu transfer həftələr öncə elan olunub. Amma arxada qalan üç turda görürük ki, "Bakı" klubunun yetirməsi olan Əliyev hələlik oyun şansı almır, daha çox ehtiyatda qalır. Maraqlıdır, niyə?

Müəyyən araşdırma apardıqdan sonra məlum oldu ki, bu heç də səbəbsiz deyilmiş.

Əslində Şəhriyar komandaya əsas heyət üzvü kimi transfer olunub və ondan gözləntilər böyükdür.

Klubda hesab edirlər ki, Ordu klubunun onun təcrübəsindən yararlanmasına ehtiyac var və Şəhriyar komandaya ciddi fayda verə bilər.

Məsələ burasındadır ki, Şəhriyar Əliyev sonuncu rəsmi oyununu ötən mövsümün sonunda, may ayında keçirib.

Təxminən dörd aydır rəsmi oyunlardan kənarda qalan futbolçu bu müddətdə kollektiv məşqlərdən də uzaq olub.

Şəxsi işləri səbəbindən MOİK-in məşqlərinə də gec qoşulub.

Məşqçilər korpusu futbolçunun vəziyyətini nəzərə alaraq ona bir qədər vaxt verməyi məqbul hesab edib.

Yəni Şəhriyarın ilk üç turda meydana çıxmamasının əsas səbəbi məşqçilər korpusunun ona etimadsızlığı deyil.

Milli fasilədən sonra MOİK “Mingəçevir”lə qarşılaşacaq. Həmin oyunda 33 yaşlı təcrübəli stoperi nəhayət Birinci Liqa meydanında görə biləcəyik.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti