“Barselona” ilə Çempionlar Liqasını qazanmaq mənim arzumdur” - 19 yaşlı müdafiəçi

“Barselona” ilə Çempionlar Liqasını qazanmaq mənim arzumdur” - 19 yaşlı müdafiəçi

“Barselona”nın 19 yaşlı müdafiəçisi Pau Kubarsi komandası ilə UEFA Çempionlar Liqasını qazanmaq istəyir.

Sportinfo.az xəbər verir ki, ispaniyalı futbolçu bu barədə “RAC1”-ə açıqlamasında deyib:

“Barselona” ilə Çempionlar Liqasını qazanmaq mənim arzumdur”.

“Barselona”nın yetirməsi olan müdafiəçi bu mövsüm bütün turnirlərdə 6 oyunda meydana çıxıb.

Kataloniya klubu ötən mövsüm Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırıb. Komanda sonuncu dəfə 2015-ci ildə turnirin qalibi olub.

Kubarsinin Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir. Onun komandası Çempionlar Liqasının 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti