Əcnəbilərə qucaq açan azarkeşlərdən millimizə LAQEYD MÜNASİBƏT

21:00 Milli komanda 156
Əcnəbilərə qucaq açan azarkeşlərdən millimizə LAQEYD MÜNASİBƏT

Azərbaycan və Tacikistan milliləri arasındakı yoxlama görüşünə azarkeş marağı heç də istənilən səviyyədə olmadı.

Ölkənin bir nömrəli komandası boş tribunalar qarşısında oynamaq məcburiyyətində qaldı.

Maraqlısı odur ki, Azərbaycan–Tacikistan oyununun keçirildiyi günlərdə “Sabah”ın Çempionlar Liqasındakı oyunları üçün satışa çıxarılan biletlərə hədsiz maraq var idi.

Qısa müddətdə 104 min biletin satıldığı elan olundu.

Bundan başqa, Bakıda keçiriləcək “Turan Tovuz ” – “Fənərbağça” oyununa da azarkeşlərin kütləvi marağı diqqətdən qaçmadı. Həmin görüşə biletlərin satışa çıxmasından cəmi bir neçə saat sonra artıq 10 minə yaxın bilet satılmışdı.

Deməli, “Fənərbağça”ya, Çempionlar Liqasında “Sabah”ın rəqiblərinə olan maraq göstərir ki, ölkəmizdə futbola maraq var, diqqət var, futbolu sevən insanlar var.

Təəssüf ki, məsələ milliyə və yerli futbola gələndə mənzərə tamam fərqli olur. Milli komandamızın oyunlarında, Premyer Liqa görüşlərində həmin azarkeşləri tribunalarda görmək müşkülə çevrilir.

Yaxşı olardı ki, əcnəbi klublara bu qədər böyük maraq və sevgi göstərən azarkeşlərimizi Premyer Liqa oyunlarında, ən əsası isə ölkəmizin bir nömrəli komandası olan milli komandamızın görüşlərində də tribunalarda görə bilək.

Çünki bu rəqəmlər bir şeyi açıq göstərir: Azərbaycanda futbola maraq var. Sadəcə, bu marağı öz futbolumuza, öz komandalarımıza və millimizə də yönəltmək lazımdır.

Əziz azarkeşlər, Tacikistanla matç sınaq xarakterli oyun olduğunu deyib üzərində keçdik, barı rəsmi oyunlarda ölkənin bir nömrəli komandasına laqeyd münasibət göstərməyin.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti