Azərbaycan millisinin üzvləri bu xəbərə sevinməyə bilməz

21:20 Azarkeş 198
Azərbaycan millisinin üzvləri bu xəbərə sevinməyə bilməz

Azərbaycan yığması Millətlər Liqasında önəmli oyuna hazırlaşır.

Ölkənin bir nömrəli futbol komandası Millətlər Liqasının D qrupunda ilk matçına çıxacaq.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Kaunas şəhərində Litva seçməsinin qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, millimiz səfərdə oynamasına baxmayaraq, dəstəksiz qalmayacaq.

Litvada və qonşu ölkələrdə yaşayan 120 civarında azarkeş seçməmizi dəstəkləmək üçün qonaq tribunada yerini tutacaq.

Oyuna bir gün qalmış məlum qarşılaşmanı izləmək üçün ümumilikdə 9000-ə yaxın bilet satılıb. Matç saatına qədər sayın artacağı dəqiqdir.

Sentyabrın 27-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti