“Sabah” üçün ilk, Dambrauskası çətinə salan

20:40 Sabah 147
“Sabah” üçün ilk, Dambrauskası çətinə salan

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə 10 futbolçu komandadan ayrılacaq.

Klub tarixində ilk dəfə məhz bu sayda oyunçu milli komandaların sıralarına qatılacaq.

Əvvəlki dönəmlərdə Azərbaycan yığmasına ən çox futbolçu “Qarabağ”dan dəvət olunurdusa, “tələbələr” ilk dəfə bu göstəricidə çempionatdakı rəqibini qabaqlayıb.

Belə ki, Rəvan Mirzəmmədov, Rəhman Daşdəmirov, Tellur Mütəllimov, Aleksey İsayev və Abdulla Xaybulayev Azərbaycan millisinə cəlb olunub.

“Sabah”ın tarixində ilk dəfə 5 futbolçu fərqli ölkələrin seçmələrinin düşərgəsində yer alacaq.

Timoteuş Puxaç Polşa, Umarali Raxmonaliyev Özbəkistan, Stas Pokatilov Qazaxıstan, Patrik Orfe Mbina Qabon, Coy-Lens Mikels Ruanda yığmalarının oyunlarında iştirak etmək üçün Azərbaycanı tərk edəcək.

Vəziyyətin bu cür olması baş məşqçi Valdas Dambrauskasın əhvalını korlaya bilməz.

Çempionlar Liqasında və daxili yarışlarda iştirak edəcək kollektivin 10 vacib üzvünün düşərgəni tərk etməsi litvalı çalışdırının işini çətinləşdirir. Zədə riski isə qarşıdakı oyunlar üçün qaçılmaz deyil.

Azərbaycan çempionu Premyer Liqanın 7-ci turunda “Neftçi”nin qonağı olacaq.

Oktyabrın 9-da “Palms Sports Arena”da baş tutacaq görüşün start fiti saat 19:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti