Gürcüstan millisində baş məşqçi Villi Sanyolla yollar ayrılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Fransalı mütəxəssis 2021-ci ildən Gürcüstan millisinin baş məşqçisi idi. O, komandanı 2024-cü ildə keçirilən Avropa çempionatının final mərhələsinə çıxarıb.
Milli komandanın yeni baş məşqçisi Ramaz Svanadze olacaq. O, Gürcüstan yığmasını 2028-ci ilə qədər çalışdıracaq. Svanadaze “İnter”də (indiki “Şamaxı”) Zaur Svanadzenin köməkçisi kimi işləyib.
