COP29

Qəpik-quruş alanda nə olar..?

27 Avqust 16:40 Şamaxı 765
Qəpik-quruş alanda nə olar..?

Premyer Liqanın son turunun ən ciddi hadisəsinə «Şamaxı» imza atdı.

Ayxan Abbasov yeni məkanda ilk qələbəsini sabiq klubu üzərində qazandı.

«Omoniya»dan Kiprdə 6 qol görmüş «Zirə» bir zərbəni də şamaxılı qonaqlarından aldı.

«Şamaxı» Zirədə kasıb futbol oynamadı. Əslində isə liqanın ən zəif futbolçu ansamblı Abbasovdadır.

Dörd-beş min dollarlıq legionerlərlə heç bir məşqçi sabit nəticə əldə edə bilməz. Onun da əlində yekə bir sehrli çubuq yoxdur və ya «fil-filo» edəmməz.

Bir oyun udacaq, iki-üç oyun uduzacaq.

Ayxan Abbasovun əli komanda işində görünür. Leroy Mikelslə Belajdi Pusi ön xətdə fəaldır, illərdir bir yerdə oynayırlarmış kimi maraqlı təsir bağışlayırlar.

Düzdür, «Sabah»dakı Coy Lens Mikelçin balaca qardaşı hələ ideal formadan uzaqdır, artıq çəkidən əziyyət çəkir, amma «Zirə»yə vurduğu qola kimin nə sözü ola bilər ki… Otur, tamaşa elə!

Rikardo Fernandes. Ayxan Abbasov bu qapıçını Portuqaliyanın hansı küncündən tapıb, halal olsun! Qapıçı deyirəm e, sənə!

Rikkardo müdafiədə ləng tərpənən «Şamaxı»ya qələbə hesabını qorumaqda böyük kömək etdi.

Əsasən də matçın son bölümündə. Qurtarışları ilə «Zirə»nin bütün ümidlərinin üstündən xətt çəkdi.

Nöqtə transfer buna deyirlər. Az alırsan, amma saz salırsan. Ayxan Abbasovu əksər həmkarından fərqləndirən cəhətlərin biri olaraq bazarlıq etmək bacarığını mütləq önə çəkməliyik.

Bu fərasət, misalçün, Samir Abasov, Adil Şükürov və Şahin Diniyevə yaddır. Onlar bunu yalnız yuxusunda görə bilərlər.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti