Ayxan Abbasovdan yeni transferlə bağlı XÜSUSİ QƏRAR

1 İyul 2024 22:20 Şamaxı 2 235
Ayxan Abbasovdan yeni transferlə bağlı XÜSUSİ QƏRAR

"Şamaxı" bu gündən yeni mövsümün hazırlıqlarına start verib.

Doğma rayonda başlayan məşqlərə yerli futbolçularla bərabər legionerlər də qoşulub.

Yalnız Giorgi Kantariya xaric.

Gürcüstanlı legionerə baş məşqçi Ayxan Abbasov 1 həftə əlavə icazə verib.

Bu da səbəbsiz deyil.

Onun son klubu olan "Nejmeh" bu gün Livan çempionatında son matçına çıxıb.

Təcrübəli mütəxəssis bununla 27 yaşlı futbolçunun ağır mövsümün yorğunluğunu üzərindən atmasına şərait yaradıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı