
"Şamaxı"nın yayda klubdan ayrılan futbolçulara olan borcunu hələ də tam ödəməməsi, deyəsən, ciddi fəsadlara yol açacaq.
Hər dəfə "Şamaxı" rəsmiləri onlara bir qədər səbrli olmağı, gözləməyi xahiş edirlər.
Səbr etməkdən yorulan futbolçular isə çıxış yolunu AFFA-ya getməkdə görüblər.
Daha əvvəl şifahi qaydada şikayətin bildirən futbolçular bu dəfə federasiyaya rəsmi qaydada şikayət məktubu ünvanlayıblar.
Hüququ şöbədən onlara bildirilib ki, qarşıdakı 45 gün ərzində məsələyə yekun vurulacaq.
Əgər "şirlər" bu zaman kəsiyində də borclarını bağlamasa sanksiya verilməsi qaçılmaz.
Sanksiya dediyin böyük ölçüdə "Şamaxı"nın aktivindən müəyyən sayda xalların silinməsindən gedir.
SPORTİNFO.AZ