AFFA futbolçuları incidən klubun rəhbərliyini cəzlandırmalıdır - VİDEO

29 Avqust 2023 15:00 Şamaxı 667
AFFA futbolçuları incidən klubun rəhbərliyini cəzlandırmalıdır - VİDEO

“AFFA "Şamaxı"ya cəza tətbiq etməlidir”.

Bu sözlər futbol eksperti Emin Abbasova aiddir.

O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində Premyer Liqanı tərk etmiş klubun son vaxtlar yaşadığı problemlərdən söz açıb.

Tanınmış teleşərhçi bildirib ki, əyalət təmsilçisinin rəhbərliyi AFFA qarşısında götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyib.

Odur ki, federasiya işini 3 milyon manatlıq yardım paketinin kriteriyalarına uyğun qurmayan “Şamaxı”nın 2 aylıq pulunu kəsib, nəticədə buranı tərk etmiş məşqçi və futbolçular ödəməsiz qalıb.

Abbasov qurumun “Şamaxı”ya cəza tətbiq etməli olduğunu, yeri gəlsə, I Liqaya - 18 xalla başlamasınə qərar verməsi gərəkdiyini bildirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti