
Premyer Liqanı tərk edən “Şamaxı” gələn mövsümə I Liqada başlayacaq.
Cavid Hüseynovla yolları ayıran bölgə təmsilçisi yoluna Vüqar Əsgərli ilə davam edəcək və o, artıq yeni komanda formalaşdırmaq üzrədir.
Büdcə? O qədər də aşağı deyil.
Onlara I Liqa standartlarında normal vəsait ayrılıb. “Şamaxı”da maksimum maaş həddi 1300 manat təşkil edir.
Yönətim Əsgərlinin qarşısına təkrar elitaya qayıtmaq tapşırığı qoyub və qarşıdakı aylarda büdcənin bir qədər də artırılması gözlənilir.
SPORTİNFO.AZ